"Sumqayıt" sabiq futbolçusunu heyətinə qatdı
28.06.2024 - 12:14
"Sumqayıt" sabiq futbolçusunu heyətinə qatdı

“Sumqayıt” komandası heyətinə yeni futbolçu qatıb.

Apasport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi sabiq futbolçusu Rəhim Sadıxovu yenidən transfer edib. Onunla 2+1 illik müqavilə imzalanıb.

Azərbaycan millisinin üzvü son olaraq “Zirə”də çıxış edib.

Qeyd edək ki, Rəhim Sadıxov 2019-2022-ci illərdə də “Sumqayıt”ın formasını geyinib.

0