"Sumqayıt" Xorvatiya klubuna qarşı
16.01.2026 - 12:36
"Sumqayıt" Xorvatiya klubuna qarşı

"Sumqayıt" Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Saşa İliçin komandası Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

"Osiyek" hazırda Xorvatiya çempionatında 18 turdan sonra 14 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Komanda bu gün "Qarabağ"la da yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama matçında Macarıstan “Pakş”ına 1:5, 2-ci sınaq oyununda Serbiyanın “OFK Belqrad” klubuna 1:4 hesabı ilə uduzub.