“Sumqayıt”dan ayrılan futbolçunun yeni ünvanı bəlli olub
31.01.2025 - 11:18

“Sumqayıt”ın yarımmüdafiəçisi Kristian Velinovski klubdan ayrılıb.
Apasport.az xəbər verir ki, 25 yaşlı futbolçu Bosniya və Herseqovina təmsilçilərindən “Qabela”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Velinovski azad agent kimi “Qabela”ya keçib.
Kristian 2023-cü ilin sentyabrından “Sumqayıt”ın formasını geyinirdi. O, bu mövsüm cəmi 2 oyunda meydana çıxmışdı.
- “Qarabağ” azarkeşlərinə müraciət edib
- Dioqo Balau: “Bəzi Azərbaycan klubları II və III liqa səviyyəsindədir”
- İnqilab Məmmədov Əvəzedicilər Liqasına göndərildi
- Kevin Medina: “Atletik”ə qarşı layiqli mübarizə aparmağa çalışacağıq”
- Qurban Qurbanov: “Böyük klubların bizə ciddi yanaşması sevindirici haldır”
0
0