"Sumqayıt"ın baş tutmayan transferi - ÖZƏL
17.09.2024 - 22:50
"Sumqayıt"ın baş tutmayan transferi  - ÖZƏL

"Sumqayıt" bu yay heyətinə ötən mövsümü "Obolon"da keçirmiş Dmitri Nağıyevi cəlb etmək istəyib.

U-21 yığmamızın sabiq üzvü də, sabiq komandasına qayıtmağa razı olub. Lakin Nağıyevin Ukraynadan çıxmasında əngəl yaranıb. Bununla da, müdafiəçi "Sumqayıt"a keçə bilməyib. Nəticədə o, son olaraq Ukrayna birinci liqasında yarışan "Minay"a keçəsi olub.

Apasport.az-ın əldə etdiyi məlumata görə, azərbaycanlı futbolçunun ölkəmizə qayıdışı qışda baş tuta bilər.

Belə ki, 28 müdafiəçinin xidmətində "Səbail" maraqlıdır. Bununla yanaşı, o, yayda danışıq apardığı, amma son anda razılaşmadığı Ukrayna Premyer Liqasının yeni təmsilçisi "Leviy Bereq" klubuna da keçidi gündəmə gələ bilər. Azərbaycan yığmasının sabiq üzvünün ölkəmizə qayıdacağı, yoxsa Ukraynada qalacağı qışda dəqiqləşəcək.
 

0