"Sumqayıt"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"a qarşı keçirəcəyi oyunlar "CBC Sport" telekanalında yayımlanmayacaq
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Həm ev matçı, həm də səfər görüşü əvvəlcədən açıqlandığı kimi "CBC Sport" telekanalı ilə deyil, "İdman TV" telekanalı ilə canlı yayımlanacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" qarşılaşması iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı isə iyulun 31-də Macarıstanda oynanılacaq və saat 21:00-da start götürəcək.
- Şəhid jurnalistlərin xatirəsinə həsr edilən V minifutbol turniri start götürüb
- Azərbaycanda işləmiş baş məşqçi Gürcüstan millisində - RƏSMİ
- Mahir Emreli: “Sabah yaxşı nəticə qazanacağımıza inanırıq”
- Ayxan Abbasov: “Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır”
- Rəşad Eyyubov: “Çox ağır oyun keçirdik”