
"Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov apasport.az saytına açıqlama verib.
"Kimyaçılar"ın qolkiperi Konfrans Liqasının təsnifat mərhələsində qarşılaşacaqları "Fehervar"la görüş haqda danışıb:“Düzünü desəm, bu barədə çox da narahat deyiləm. Bəxtimizə “Fehervar” düşdü. Rəqibi öyrənmək və təhlil etmək üçün vaxtımız var. Biz bu oyunlara da hazırlaşacağıq”.
32 yaşlı futbolçu “Fehervar”la ilk oyunun Sumqayıtda keçirilməsi barədə bunları söyləyib: “Onsuz da, bizim asan oyunlarımız yoxdur. Ümid edirəm ki, Sumqayıtda azarkeşlərimizin qarşısında evdə ilk oyunda müsbət nəticə qazanacağıq ki, səfərdə özümüzü rahat hiss edək. Ümidvaram ki, hər şey yaxşı alınacaq. “Sumqayıt” üçün ən yaxşısını edəcəyik”.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”