"Sumqayıt"ın yeni baş məşqçisinin köməkçiləri müəyyənləşib
10.07.2025 - 22:10

"Sumqayıt"ın yeni baş məşqçisi Saşa İliçin köməkçiləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
47 yaşlı serbiyalı mütəxəssisin köməkçiləri Veliçko Kaplanoviç, Şahin Abdullayev və Vurğun Hüseynov olacaq. Fiziki hazırlıq üzrə məşqçi vəzifəsini Darko Obradoviç yerinə yetirəcəksə, qapıçılar üzrə məşqçi Emil Babayev olacaq.
Qeyd edək ki, "Sumqayıt" Saşa İliçlə 1 illik müqavilə imzalayıb.
- Şahruddin Məhəmmədəliyev: "O zərbəni dəf etmək çox çətin idi"
- "Qarabağ"dan sıçrayış - 14 pillə irəliləyib
- “APA”, “Real TV”, “İctimai TV” və “Veteranlar” növbəti mərhələdə - FOTO
- Millimizin baş məşqçisi jurnalistlərin qarşısına çıxacaq
- Rəşad Eyyubov: “Eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq”
0
0