“Sürix”in kapitanı: “Cavab oyununa uğurlu start çox önəmlidir”
27.07.2022 - 12:33
“Sürix”in kapitanı: “Cavab oyununa uğurlu start çox önəmlidir”

“Çempionlar Liqasının qrupu üçün hələ çox uzun yol var”.

Apasport.az saytının məlumatına görə, bunu İsveçrənin “Sürix” klubunun kapitanı Yanik Brexer Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu öncəsi yerli mətbuata açıqlamasında deyib.

29 yaşlı qapıçı hədəflərinin ÇL-in qrupuna qədər irəliləmək olduğunu gizlətməyib. Brexer bunun üçün ilk olaraq “Qarabağ”la cavab qarşılaşmasında ehtiyatlı oynamalı olduqlarını bildirib: “Hamımız Çempionlar Liqasının himnini eşitmək istəyirik. “Qarabağ”la cavab matçına uğurlu start çox önəmlidir. Lazım olan qələbəni qazanmaq üçün qapının da toxunulmazlığını qorumalıyıq. Çox top itkilərinə yol vermək olmaz”.

Qeyd edək ki, bu gün “Letsiqrund” stadionunda keçiriləcək “Sürix” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk matçda Azərbaycan təmsilçisi 3:2 hesablı qələbə qazanıb.
 

0