“Sürix”in müdafiəçisi: “Qarabağ”a qarşı döyüşməliyik”
26.07.2022 - 17:33
“Sürix”in müdafiəçisi: “Qarabağ”a qarşı döyüşməliyik”

“Qarabağ”la cavab oyunu bizim üçün böyük önəm kəsb edir”.

Apasport.az saytının məlumatına görə, bunu “Sürix”in futbolçusu Lindrit Kamberi evdə “Qarabağ”a qarşı keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

23 yaşlı mərkəz müdafiəçisi bildirib ki, sabah baş tutacaq qarşılaşmada uğur qazanmaq üçün sona qədər mübarizə aparmaq məcburiyyətindədirlər: “Bizi öz meydanımızda olduqca gərgin oyun gözləyir. Azarkeş amili, əlbəttə ki, xeyrimizə olacaq. Bu mübarizəyə hazırıq və oyun zamanı səbirlə davranmağın vacibliyini başa düşürük. “Qarabağ”a qarşı meydanın hər qarışı uğrunda döyüşməliyik”.

Qeyd edək ki, “Qarabağ”la “Sürix” arasında sabah “Letsiqrund” stadionunda keçiriləcək cavab oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə Azərbaycan çempionu 3:2 hesablı qələbə qazanıb.
 

0