Taekvondoçumuz dünya çempionatının 1/16 finalında uduzdu - YENİLƏNİB
29.05.2023 - 12:57
Taekvondoçumuz dünya çempionatının 1/16 finalında uduzdu - YENİLƏNİB

Bakıda taekvondo üzrə dünya çempionatı start götürüb. 

Apasport.az saytının məlumatına görə, Bakı Kristal Zalında keçirilən yarışın ilk günündə Azərbaycan millisinin heyətində Cavad Ağayev mübarizəyə qoşulub. 

68 kq çəkidə qüvvəsini sınayan 21 yaşlı taekvondoçu 1/32 final mərhələsində Eldar Kurmanaliyevlə (Qırğızıstan) üz-üzə gəlib. 2:0 hesabı ilə qələbə qazanan təmsilçimiz növbəti mərhələyə yüksəlib. 

O, 1/16 finalda çinli Çenminq Xiao ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olaraq yarışla vidalaşıb.  

Qeyd edək ki, iyunun 4-dək davam edəcək mundialda 145 ölkədən 949 idmançı qüvvəsini sınayacaq. Bu taekvondoçular yarışda 16 dəst medal uğrunda mübarizə aparacaqlar. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək. 

Image

 

Image

 

Image

 

Image

 

Image

 

Image

 

Image

 

Image

 

Image

0