"Qarabağ"ın prezidenti Tahir Gözel Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov və onun xanımı ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva ilə görüşüb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Ludoqorets"lə qarşılaşacaq təmsilçimizin Bolqarıstana səfəri çərçivəsində baş tutub.
Tahir Gözel göstərilən diqqət və dəstək üçün səfirlərə təşəkkür edib. Hüseyn Hüseynov və Leyla Abdullayeva "Qarabağ"a uğurlar arzulayıb.
Qeyd edək ki, səfirlər bu gün Bakı vaxtı ilə 22:00-da başlayacaq "Ludoqorets" - "Qarabağ" oyununu stadionda canlı izləyəcək.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək