Tahir Gözəl: “Biz səfərdə hər şeyi həll edirik”
17.08.2022 - 23:54
Tahir Gözəl: “Biz səfərdə hər şeyi həll edirik”

“Çox baxımlı və gözəl oyun alındı. Komandamız yaxşı oyun nümayiş etdirdi və meydanda dominant idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

Klub rəhbəri Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” ilə Bakıdakı matçından (0:0) sonra jurnalistlərə açıqlamasında görüşü dəyərləndirib: "Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hələ də ümidimiz var. Artıq bu ənənəyə çevrilib. Biz səfərdə hər şeyi həll edirik. Ümid edirəm ki, bu seriya davam edəcək. Fanatlara təşəkkür edirəm. Burada möhtəşəm abu-hava var idi. İnanıram ki, Çexiyadan zəfərlə dönəcəyik".

O, pley-off səddinin keçiləcəyinə inandıqlarını gizlətməyib: "Həmin vaxt bərabər oyun var idi. Səfər qolu sayəsində rəqib mərhələ adlamışdı. Bu gün qarşı tərəfin ən yaxşı oyunçusu qapıçısı idi. Çox gözəl qurtarışlar etdi. Onu təbrik edirəm. Rəqin də hiss edir ki, bu komanda 6 il əvvəlki "Qarabağ"dan tam fərqlənir. Biz səfərə ancaq qələbə üçün gedəcəyik. Qarşımızda rəqib çox güclüdür. Onlara qarşı oynamaq çətindir. Rəqibə ehtiramla yanaşırıq, amma səfərə qələbə üçün gedirik. Baş məşqçi Qurban Qurbanovda və futbolçularda böyük inam var. Çexiyada bu işin öhdəsindən gələcəyimizə ümid edirik. Futbolda yaxşı olan tərəf mütləq qalib gələcək. Asan olmayacaq, amma qələbə əzmi ilə Plzenə gedəcəyik".

0