“Neftçi”nin sabiq müdafiəçisi, bu klubun heyətində Azərbaycan çempionu olmuş Tallison apasport.az saytına açıqlama verib.
Hazırda Braziliyada “Sampayo” klubunda oynayan 33 yaşlı müdafiəçi “Neftçi”nin indiki durumuna münasibət bildirib. Bununla yanaşı, Azərbaycandakı çempionluğunu xatırlayıb:
"Neftçi"nin hazırda turnir cədvəlində 8-ci pillədə yer aldığını gördüm. Mənim üçün çox üzücü məsələdir. Çünki "Neftçi" hər zaman çox güclü komanda olub. Bizim vaxtımızda da bu cür idi. İndi komandanı bu pillədə görmək məni üzür. Amma çıxış yolu var. Çünki Samir Abasovun yenidən "Neftçi"nin baş məşqçi postuna dəvət olunduğunu gördüm. O, əla məşqçidir. "Neftçi"nin Abasovla yenidən güclü olacağına, uğurlu çıxış edəcəyinə çox inanıram.
İndiki vəziyyət mürəkkəbdir. Biz çempion olmuşduq. Ancaq sonradan komanda əvvəlki kimi olmadı. Onlar çempion komandadan xeyli aşağıdırlar. Belə ola bilməz. Samir Abasovla hər şeyin dəyişəcəyini düşünürəm. Çempion olduğumuz vaxtları isə xatırlayıram. Hər şey əla olmuşdu. Çətin olsa da, sonluq gözəl idi. Unudulmaz anlar idi".