"Qarabağ"ın sabiq futbolçusu Kadi Borges Malinovski dünən Qazaxıstanın Aktau şəhəri yaxınlığında yaşanan dəhşətli təyyarə qəzası ilə bağlı Azərbaycan xalqına dəstək nümayiş etdirib.
Apasport.az xəbər verir ki, braziliyalı vinger sosial şəbəkə hesablarında faciə ilə əlaqədar post paylaşaraq kədərimizi bölüşüb.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysi ilə uçuş həyata keçirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. "Hava gəmi"sinin göyərtəsində 5-i ekipaj üzvü, ümumilikdə 67 nəfər olub.
Sağ qalan 32 nəfər yaralı xəstəxanaya yerləşdirilib. Heyətdən 37 nəfər Azərbaycan vətəndaşıdır, onlardan 23-ü həlak olub.

- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi