Azərbaycan gimnastlarından Nankində daha bir medal
15.11.2026 - 00:14
Azərbaycan gimnastlarından Nankində daha bir medal

Azərbaycan gimnastları Çinin Nankin şəhərində keçirilən Dünya Yaş Qrupları Yarışlarında daha bir medal qazanıblar.

Apasport.az xəbər verir ki, batut gimnastikası üzrə 13-14 yaş kateqoriyasında sinxron proqramda çıxış edən Məhəmməd Həsənli və Ömər Qasımlı finalda 46,160 xal toplayaraq bürünc medala sahib olublar.

Eyni proqramda 17-21 yaş kateqoriyasında mübarizə aparan Mehdi Əliyev və Nicat Mirzəyev təsnifat mərhələsini 48,960 xalla dördüncü pillədə başa vuraraq finala vəsiqə qazanıblar.

Tamblinq üzrə fərdi proqramda 11-13 yaş kateqoriyasında çıxış edən Əsnad Niftiyeva isə 42,700 xalla səkkizinci olub və final mərhələsinə yüksəlib.

Qeyd edək ki, Azərbaycan gimnastları yarışda mübarizələrini davam etdirirlər.