Konfrans Liqasının II təsnifat mərhələsinin “Fehervar” (Macarıstan) – “Sumqayıt” oyunundan (0:0) sonra macar klubunun baş məşqçisi Tamaş Peto oyun haqda danışıb.
Apasport.az xəbər verir ki, mütəxəssis matçın qəliz olduğunu vurğulayıb:
“2 komanda üçün çətin oyun oldu. Növbəti tura keçdiyimiz üçün çox sevincliyik. “Sumqayıt”ın çox yaxşı oyunçuları və baş məşqçisi var. Görüşün belə çətin keçəcəyini gözləyirdik, çünki “Sumqayıt” fiziki cəhətdən inanılmaz güclü bir komandadır. Onlara uğurlar arzulayıram”.
Tamaş öz komandasının da haqqını verib:
“Öz oyunçularıma gəldikdə isə, taktiki olaraq meydanda nə edəcəyimizi çox yaxşı bilirdik. Oyuna çox ciddi hazırlaşmışdıq.Və bu hazırlıqlar da öz nəticəsini göstərdi”.
- Arif Əsədov: "Neftçi” çempion olmasa da, ən azı Konfrans Liqası üçün mübarizə aparmalıdır"
- Bir qrup idmançı və idman mütəxəssisi təltif edilib - SƏRƏNCAM
- Birinci Liqanın oyunları bu kanallarda
- Məşqçisi açıqladı: "Üç mövqeyə də transfer etməyi planlaşdırırıq"
- Ukrayna klubundan "Neftçi"yə: Vernidubdan transfer həmləsi