Tanınmış məşqçi: “Qarabağ” bundan da güclü komandaları məğlub edib”
12.08.2022 - 11:28
Tanınmış məşqçi: “Qarabağ” bundan da güclü komandaları məğlub edib”

“Ferensvaroş” futbolçularının ilk oyundakı heç-heçədən (1:1) sonra “Qarabağ” asanlıqla məğlub edəcəyini düşündüklərinə inanmıram”.

Apasport.az saytının məlumatına görə, bunu tanınmış rusiyalı məşqçi Hacı Hacıyev Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la “Ferensvaroş” arasında keçirilən oyunları dəyərləndirərkən deyib.

Keçmiş SSRİ dönəmində “Neftçi”ni çalışdırmış, hazırda isə Mahaçqala “Dinamo”sunun prezidentliyini edən 77 yaşlı mütəxəssis həmyerlisi Stanislav Çerçesovun komandası “Ferensvaroş”un öz meydanında “Qarabağ”a məğlubiyyətini həmkarı ilə əlaqələndirməyib.

Hacıyevin fikrincə, Azərbaycan təmsilçisi rəqibindən güclü idi: “Bu, Çerçesovun uğursuzluğu deyil. “Qarabağ” “Ferensvaroş”dan da güclü komandaları məğlub edib. Azərbaycan təmsilçisinin “Ferensvaroş”u üstələməkdən də ciddi uğurları var. Həmyerlim Çerçesovun çalışdırdığı komandanın Çempionlar Liqasının qrupuna düşə bilməməsi cansıxıcıdır”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-offunda Plzen “Viktoriya”sı (Çexiya) ilə qarşılaşacaq. “Ferensvaroş” isə Avropa Liqasının pley-off mərhələsində “Şemrok Rovers”lə üz-üzə gələcək.

0