Təhlükədə olan “üçlük”
22.09.2022 - 16:33
Təhlükədə olan “üçlük”

Azərbaycan millisinin üç futbolçusu cəzalı duruma düşə bilər.

Apasport.az saytının məlumatına görə, Eddi İsrafilov, Riçard Almeyda və Cəlal Hüseynov üçün Millətlər Liqası bu gün başa çata bilər.

Təhlükədə olan bu “üçlük” V turun Slovakiya ilə bugünkü matçını vərəqəsiz keçirməlidir. Onlardan hər hansı birinin alacağı xəbərdarlıq son turu buraxması ilə nəticələnəcək. Qazaxıstanla qarşılaşmada iştirak üçün oyunçularımız diqqətli olmalıdır.

Bu üç futbolçunun aktivində bir sarı vərəqə var. Daha üç oyunçu eyni durumda olsa da, yığmaya dəvət almayıb. Bunlar Qara Qarayev, Azər Salahlı və Namik Ələskərovdur.

Qeyd edək ki, iki sarı vərəqəsi olan Mahir Emreli bugünkü oyunu buraxacaq.
 

0