Toral Bayramov: "Əsas istəyimiz Çempionlar Liqasında qruplara qalmaqdır" - Açıqlama
31.07.2024 - 15:37
Toral Bayramov: "Əsas istəyimiz Çempionlar Liqasında qruplara qalmaqdır" - Açıqlama

"Qarabağ"ın futbolçusu Toral Bayramov apasport.az saytına açıqlama verib.

O, komandasının Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Linkoln" üzərindəki 5:0 hesablı qələbəsini şərh edib: "Linkoln"a qarşı hər iki görüşdə də üstün olduq. Biz hər bir rəqibi ciddiyə alırıq və yaxşı hazırlaşırıq. Şadam ki, qələbə qazanmağı bacardıq. Xalqımızı sevindirdiyimiz üçün də şadam. Qarşıdakı oyuna köklənəcəyik. Yenə də azarkeşlərimizi sevindirmək istəyirik. "Linkoln"la görüşdə çox qol vurmağa gəlincə, tapşırıq nədirsə, onu yerinə yetirməyə çalışırdıq".

Bayramov növbəti mərhələdəki rəqib haqda isə belə danışıb: "Təbii ki, indidən hansı rəqiblə oynayacağımızı bilmirik. Çünki "Ludoqorets" və "Dinamo"(Minsk) cavab oyununa çıxacaq. Əslində, hər ikisi güclü komandadır. Bu gün cavab matçı olacaq, keçirilsin, daha sonra biləcəyik ki, rəqibimiz hansı komandadır. İstənilən rəqibə qarşı da hazırlaşacağıq. Hər şeyin yaxşı olacağına inanıram. Azarkeşlərimizi sevindirmək istəyirik. Əlbəttə, bu mövsüm də əsas istəyimiz Çempionlar Liqasında qruplara qalmaqdır. Bunun üçün çalışırıq. Allah qoysa, hər şey yaxşı alınar və istəyimizə çatarıq".

0