“Tottenhem” – “Qarabağ” matçının bilet qiymətləri açıqlanıb
04.09.2024 - 16:21

İngiltərədə “Tottenhem” və “Qarabağ” arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunun matçının bilet qiymətləri məlum olub.
Apasport.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Oyunun biletləri böyüklər üçün 30 (təxminən 66,9 manat), 18 yaşdan kiçik şəxslər üçün 10 funt sterlinq (22,3 manat) olacaq.
Biletləri setyabrın 11-də, yerli vaxtla saat 14:00-dan sonra əldə etmək mümkündür.
Sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” matçı saat 23:00-da başlayacaq.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL
0
0