Tovuzda 3 xal "Turan Tovuz"un - YENİLƏNİB
11.08.2024 - 20:45
Tovuzda 3 xal "Turan Tovuz"un - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulacaq.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Turan Tovuz" evdə "Sumqayıt"ı qəbul edib.

İlk turu qələbə ilə başa vuran "Sumqayıt" çətin Tovuz səfərindən xalsız qayıdıb. Qurban Berdıyev isə Azərbaycan Premyer Liqasında ilk qələbəsini qazanıb.

Tovuz şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan Premyer Liqası

II tur

18:45. "Turan Tovuz" - "Sumqayıt" 1:0

Qol: X. Nəcəfov, 35

"Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 88. Faiq Hacıyev, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con

Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 7. İsmayıl Zülfüqarlı, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 6. Araş Qaderi, 11. Ayxan Quseynov, 21. Aleks Souza

Baş məşqçi: Kurban Berdiyev

"Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 3. Slaviça Radoviç, 9. Nikola Vuynoviç, 23. Cordan Rezabala, 60. Tresor Mossi

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 11. Fernando Da Silva

Baş məşqçi: Samir Abasov

Baş hakim: Tural Qurbanov

Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Rahil Ramazanov

Dördüncü hakim: Rəvan Həmzəzadə

VAR: Rəşad Əhmədov

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Tovuz şəhər stadionu

0