
Misli Premyer Liqasında XVIII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.
"Turan Tovuz" öz meydanında "Neftçi"ni qəbul edib. Görüşdə hesabı qonaqlar açıb. Lakin "ağ-qaralar" üstünlüyünü qoruya bilməyiblər. Qərblilər ikinci yarıda bərabərlik topunu vurmağa nail olub - 1:1.
Qeyd edək ki, "Neftçi" və "Turan"ın ilk dövrədəki matçında qalib müəyyənləşməmişdi - 0:0.
Misli Premyer Liqası
XVIII tur, II dövrə
16:00. "Turan Tovuz" – "Neftçi" 1:1
Qollar: A. Souza, 54 - F. Ozobiç, 45
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz. Şəhər stadionu
- "Kapitan" gəmini tərk edir? - "Neftçi"də Emin Mahmudov məsələsi
- Fərrux İsmayılov UEFA tərəfindən mükafatlandırılıb
- "Zirə" nəhayət istədiyinə çatdı: Komandada qalır - EKSKLÜZİV
- "Araz-Naxçıvan" müdafiəçisi ilə müqavilə müddətini uzadıb
- Orxan Məmmədov: "Dünya çempionatı azarkeşlərimiz üçün əsl bayram deməkdir"