Tsxadadze Azərbaycan millisi haqda: “Yerli futbolçular istəklə xaricə getməlidir“
13.09.2024 - 20:37
Tsxadadze Azərbaycan millisi haqda: “Yerli futbolçular istəklə xaricə getməlidir“

“Təbii ki, Azərbaycan millisinə ürəkdən azarkeşlik edirəm. Fernandu Santuş çox təcrübəli baş məşqçidir”.

Bu sözləri apasport.az saytına açıqlamasında "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Təcrübəli mütəxəssis Azərbaycan millisinin İsveç və Slovakiya ilə oyunlarına toxunub.

“Santuş düzgün sistemi tapmalıdır. Məsələn, Gürcüstan bunu bacardı, sistem tapdı və uyğunlaşdı. Məncə, zaman lazımdır ki, düzgün sistem qursun. Azərbaycanda “Qarabağ” kimi klub olsa da, orada cəmi 3-4 yerli futbolçu oynayır. Amma Gürcüstanda belə klub olmasa da, xaricdə 300 futbolçumuz legioner həyatı yaşayır. “Qarabağ”, “Neftçi” olsa, biz də gənclərlə çox çalışırıq, axtarırıq. Kurban Berdıyev də “Turan Tovuz”a gəlib. Kompleks şəkildə işlənilməlidir. 1-2 günə düzəlməyəcək. Əvvəl düzgün sistem tapmaq lazımdır ki, necə inkişaf olunsun. Oyunçu seçimi də böyük olmalı, yerli futbolçular istəklə xaricə getməlidir. Əvvəl burda özünü göstərməli, sonra legioner olmalıdır. U-21 millisində də yaxşı futbolçular var”.

İsmayıl Xeyrullayev

0