Misli Premyer Liqasının XII turunun ikinci oyun gününə Bakıda yekun vurulacaq.
Apasport.az xəbər verir ki, günün ikinci matçında "Zirə" "Qəbələ"ni qonaq edəcək.
Rəşad Sadıqovun yetirmələri hazırda 20 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.
Kaxaber Tsxadadzenin çalışdırdığı "qırmızı-qaralar"da isə vəziyyət heç də ürəkaçan deyil. Geridə qalan oyunlardan sadəcə 5 xal toplaya bilən qəbələlilər "Karvan"la 11-12-ci yerləri bölüşdürür.
Qeyd edək ki, turun digər iki qarşılaşması - "Sabah" - "Şamaxı" və "Neftçi" - "İmişli" görüşləri sabah baş tutacaq.
Misli Premyer Liqası
II dövrə, XII tur
17:30. "Zirə" - "Qəbələ"
Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
Zirə. İdman Kompleksinin stadionu