“Turan Tovuz” Mərakeş klubu ilə üz-üzə - YENİLƏNİR
05.08.2025 - 18:00

Təlim məşq toplanışını Türkiyədə keçirən "Turan Tovuz" bu gün son yoxlama matçına çıxacaq.
Apasport.az xəbər verir ki, Kurban Berdıyevin yetirmələri Mərakeş təmsilçisi "Vidad"la qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 18:00-da baş tutacaq.
Qeyd edək ki, qərb təmsilçisi buna qədər "Keçiörengücü" və "Çorum"la hazırlıq matçları çərçivəsində üz-üzə gəlib. Hər iki görüş bərabərliklə nəticələnib (0:0, 1:1).
0
0