AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının VII turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" matçındakı (1:2) mübahisəli epizodu şərh edib.
Apasport.az xəbər verir ki, o, hadisənin qəsdən baş vermədiyini bildirib.
Açıqlamadan çox keçmədən "Turan Tovuz" tərəfdən cavab gəlib. Klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev şəxsi "feysbuk" hesabında bununla bağlı paylaşım edib.
O, De Blekerə kinayəli cavab verib:
"Ayağının ucu ilə göz çıxartmaq, burun qırıb, sifəti qana boyamaq olarMIŞ!
Ayağın ucunda nə olub ki, Millerin gözünün altında deşik var? Yəqin butsun şipinin biri o mübarək uca bərkidilibMİŞ!".


- Sosial şəbəkələrdə ən çox izləyicisi olan Azərbaycan klubları bəlli olub
- Futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub
- Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb
- Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı vəsait artıb
- “Turan Tovuz” Premyer Liqada ev oyunlarında azarkeş sayına görə liderdir