Transfer bazarında fəallığını artıran “Turan Tovuz” ilk olaraq yerli oyunçularla müqavilə bağlayır.
Apasport.az saytının məlumatına görə, Premyer Liqanın debütantı heyətinə bir neçə əcnəbi futbolçu da cəlb etmək niyyətindədir.
Yeni baş məşqçi Ayxan Abbasovun maraq dairəsində olan ilk əcnəbi də məlumdur. Çalışdırıcı mövsüm başa çatar-çatmaz “Şamaxı”dan ayrılan Natan Oduvanın xidmətində maraqlıdır. “Tottenhem”in yetirməsi ilə danışıqlar davam edir.
Ancaq İngiltərənin aşağı yaş qrupu üzrə yığmalarının sabiq üzvünü gətirmək heç də asan görünmür. Çünki 26 yaşlı hücumçu Azərbaycana qayıtmaq variantına müsbət yanaşmır. Tovuzlular isə hazırda azad agent olan Nigeriya əsilli oyunçunu razı salmağa çalışır.
Qeyd edək ki, Natan Oduva bu ilin ilk 6 ayını “Şamaxı”da keçirib və Premyer Liqada 11 matçda iştirak edib.
- Kaxaber Tsxadadze: “Bizim əsas məqsədimiz Premyer Liqada qalmaqdır”
- Valdas Dambrauskas: “Bir rəqibi təkrar-təkrar təhlil etmək çətindir"
- Azərbaycan Kuboku: “Turan Tovuz” və “Sabah” yarımfinalda - YENİLƏNİB
- Klublar üçün danışılmış oyunlara qarşı sessiya təşkil olunub
- Azər Bağırov: “Gələn mövsüm burada qalıb-qalmayacağımızı bilmirik”