
Misli Premyer Liqası klublarından "Turan Tovuz" daha bir futbolçusunu itirib.
Apasport.az saytına verilən məlumata görə, ölkə çempionatının 29-cu turunun "Səbail"lə görüşündə zədələnən Rüfət Əhmədov minimum iki həftə komandaya kömək edə bilməyəcək.
Bakıda keçirilmiş görüşdə sol dizindən zədələnən sol cinah müdafiəçisinin bağlarında qopma aşkarlanmayıb. Amma bir həftə müalicə olunduqdan sonra Əhmədov yenidən MRT müayinəsindən keçəcək və həmin vaxtı durumu konkretləşəcək.
Qeyd edək ki, Denis Marandiçi, Şəhriyar Əliyev və Roderik Miller zədəli olduğu üçün komandaya kömək edə bilmir.