“Turan Tovuz”da ciddi itki
15.09.2024 - 21:07
“Turan Tovuz”da ciddi itki

Misli Premyer Liqasının VI turu davam edir.

Apasport.az xəbər verir ki, “Sabah” - “Turan Tovuz” matçında xoşagəlməz hadisə yaşanıb.

Qonaqların futbolçusu Aleks Souza zədələnib. O, hava mübarizəsi zamanı yıxılıb və qolunun üzərinə düşüb. Nəticədə hücumçu oyunu davam etdirə bilməyib.

Onu Ayxan Quseynov əvəzləyib.

Qeyd edək ki, hazırda davam edən görüşdə hesab 1:1-dir.

0