“Turan Tovuz”da yeni təyinat - RƏSMİ
09.07.2026 - 12:32
“Turan Tovuz”da yeni təyinat - RƏSMİ

"Turan Tovuz"da yeni təyinat baş tutub.

Apasport.az xəbər verir ki, Həsən Zeynalov İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Həsən Zeynalov ötən mövsüm ölkə çempionu olan "Turan" Voleybol Klubunun prezidentidir.