“Turan Tovuz”dan qələbə, "Sabah" uduzdu - YENİLƏNİB
09.12.2022 - 19:03
“Turan Tovuz”dan qələbə, "Sabah" uduzdu - YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, mərhələnin ikinci günündə daha iki matçı keçirilib.

Gəncədə baş tutan Qərb derbisində “Kəpəz” “Turan Tovuz”u qəbul edib. Meydan sahiblərinin hesabı açdığı qarşılaşmada qonaqlar əzmkar qələbəyə sevinib.

Bakıda “Səbail” “Sabah”ı qonaq edib. Matçın əvvəlində qırmızı vərəqə alan Nicat Mehbalıyev Murad Musayevin komandasını azlıqda qoyub. Say üstünlüyündən yararlanan meydan sahibləri güclü rəqibə qalib gələ bilib. 

Qeyd edək ki, 1/4 finalın cavab oyunları dekabrın 19-20-də keçiriləcək.

Azərbaycan kuboku
1/4 final
9 dekabr (cümə)
14:00. “Kəpəz” – “Turan Tovuz” - 1:2
Qollar: 
Abdullahi Şuaybu, 9 - Runi Eva (p.), 52, Ehtiram Şahverdiyev, 64
Baş hakim: Rauf Allahverdiyev
“Kəpəz”: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 20. Mahir Həsənov, 5. Peyman Keşavarzi, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 19. Runi Eva
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 9. İmeda Aşortiya, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
Gəncə şəhər stadionu

17:00. “Səbail” – “Sabah” - 3:2
Qollar: 
Kizito Luvaqa, 32, Franko Mazurek​​​​​​, 62, 72 - Kristian Sebalyos, 80, Davit Volkov, 90+5
Qırmızı vərəqə: Nicat Mehbalıyev, 12
Baş hakim: Nicat İsmayıllı
“Səbail”: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov
“Sabah”: 94. Nicat Mehbalıyev, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 12. Yusif İmanov, 16. Rustam Samigullin, 10. Aleksey İsayev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 18. Davit Volkov, 19. Con İrasabal
Baş məşqçi: Murad Musayev
“ASCO Arena”

0