“Turan Tovuz”un futbolçusunun ayağı sındı
03.12.2024 - 19:35
“Turan Tovuz”un heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın futbolçusu Denis Marandiçi ciddi xəsarət alıb.
O, Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Sabah”la matçında sıradan çıxıb. Pavol Şafranko ilə mübarizədə ayağına zərbə alan Marandiçinin ayağı sınıb.
Futbolçu təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, 120 dəqiqəsi 2:2 bitən matçın penaltilər seriyasında Tovuz təmsilçisini məğlub edən "Sabah" 1/4 final mərhələsinə vəsiqə qazanıb.
0
0