Türkiyə millisinin heyətində dəyişiklik olub
04.09.2024 - 17:17

Semih Kılıçsoy UEFA Millətlər B Liqasında Uels və İslandiya ilə matçlar üçün Türkiyə millisinin heyətindən uzaqlaşdırılıb.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
Açıqlamada Semih Kılıçsoyun zədəsi səbəbindən heyətdən uzaqlaşdırıldığı bildirilib
Onun əvəzində Mustafa Hekimoğlunun U21-in heyətində yer aldığı qeyd edilib.
Türkiyə millisi UEFA Millətlər B Liqasında ilk oyununu sentyabrın 6-da Uelslə səfərdə keçirəcək, sentyabrın 9-da isə İzmirdə İslandiyanı qəbul edəcək.
- Toral Bayramov "Qarabağ"ı tərk edir? - AVROPA KLUBLARININ HƏDƏFİNDƏ
- "Karvan" ev oyunlarını harada keçirəcək? - Süni ot örtüyü...
- “Neftçi” rəsmisi: “Samir Abasov gələndən çox şey dəyişib”
- FIFA referisi “Araz-Naxçıvan”ın oyununa təyinat alıb
- Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb
0
0