U-21 millimizin heyətində dəyişiklik olub
09.09.2024 - 15:47
Azərbaycanın U-21 millisinin heyətində dəyişiklik edilib.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, əsas yığmanın UEFA Millətlər Liqasının qrup mərhələsində İsveç (1:3) və Slovakiya (0:2) ilə oyunlarında iştirak ərizəsində yer alan “Sabah”ın qapıçısı Yusif İmanov və “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə U-21-in heyətinə cəlb olunublar.
Qeyd edək ki, U-21 sentyabrın 10-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da Serbiya yığması ilə qarşılaşacaq.
- “Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb - RƏSMİ
- Emin İmaməliyev: "Qarabağ”ın hücumçuya ehtiyacı varsa, onlar bunu reallaşdıracaq"
- PFL Azərbaycan Kubokunun qalibi oldu
- Xalidu Sissoko: "Azərbaycanda oynamış ən yaxşı seneqallı futbolçu mənəm"
- Şahruddin Məhəmmədəliyevə Avropadan təklif: CİDDİ MÜŞTƏRİSİ VAR
0
0