U-21 Moldova ilə də bacarmadı
27.09.2022 - 21:23

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yığmamız yenə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Samir Əliyevin yetirmələri Bakı toplanışı çərçivəsində Moldova ilə qarşılaşıb. “Dalğa Arena”da baş tutan matç komandamız üçün uğurlu alınmayıb. Gənclərimiz moldovalı həmyaşıdları ilə bacarmayıblar. Görüş qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, U-21 yığmamız ötən həftə “Şamaxı”ya qarşı keçirdiyi yoxlama görüşündə 2:3 hesabı ilə məğlub olub.
- Samir Abasov: "Abubakarın gəlişi bizə çox yaxşı təsir göstərəcək"
- Elmar Baxşıyev: “Gələcəkdə ev oyunlarını Naxçıvanda keçirmək ehtimalımız yüksəkdir”
- "Araz" “Neftçi” səfərindən bir xalla qayıdır - YENİLƏNİB
- Rəşad Sadıqov: “Bu şəkildə məğlub olmağımızı istəməzdim”
- Valdas Dambrauskas: “Sabah"ın öz kimliyini yaratmalıyıq”
0
1