U19 millimiz darmadağınla məğlub oldu
22.03.2025 - 19:23
Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.
Apasport.az xəbər verir ki, U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Oyun Moldova yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində qolu 58-ci dəqiqədə Hikmət Cəbrayılzadə vurub.
Qeyd edək ki, komandalar arasında martın 19-da keçirilən ilk yoxlama matçı 0:0 hesablı heç-heçə başa çatıb.
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi
0
0