UEFA-dan Azərbaycan millisinə xəbərdarlıq
18.12.2024 - 13:26

UEFA Azərbaycan millisinə xəbərdarlıq edib.
Apasport.az xəbər verir ki, buna yığmanın səfərdə İsveçə uduzduğu Millətlər Liqasının matçında yaşananlar səbəb olub.
Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv "komandanın düzgün olmayan davranışı"na görə xəbərdarlıq alıb.
Sözügedən qarşılaşmada millinin beş üzvü sarı vərəqə alıb. Bunlar Anton Krivotsyuk, Amin Seydiyev, Coşqun Diniyev, Bəhlul Mustafazadə və Toral Bayramovdur.
Qeyd edək ki, oyun meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə bitib.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”
0
0