UEFA-dan "Qarabağ"a növbəti zərbə
03.12.2024 - 10:57
UEFA-dan "Qarabağ"a növbəti zərbə

UEFA "Qarabağ"ı cərimələyib.

Apasport.az xəbər verir ki, buna Azərbaycan çempionunun Bakıda "Ayaks"a (Niderland) qarşı keçirdiyi UEFA Avropa Liqası matçında yaşananlar səbəb olub.

"Köhlən atlar" ümumilikdə 26000 avro ziyana düşüb. 

Ağdam klubu "komandanın düzgün olmayan davranışı"na (3 qırmızı, 5 sarı vərəqə) görə 14000 avro, oyunda lazerdən istifadə olunduğu üçün isə 12000 avro cərimələnib.

0