
UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun “Qarabağ”la oyununda yaşananlar üçün “Nant”ı cəzalandırıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi verib.
Qurum Fransada keçirilən oyun zamanı tribunalarda yaşananları araşdırıb. Meydan sahiblərini üç maddə üzrə qaydaları pozduğu üçün cəzalanıb.
Azarkeşlər tərəfindən tribunalardakı keçidlər bağlandığı üçün “Nant” 12 min avro cərimə ödəyəcək. Pirotexniki vasitələrdən istifadə üçün klub daha 30 min avro ziyana düşüb. Həmçinin növbəti avrokubok görüşündə tribunalar qismən bağlı olacaq. Bundan başqa, arenaya daxil olanların üstü lazımınca axtarılmadığı üçün kluba xəbərdarlıq edilib.
Qeyd edək ki, bu görüşdə “Nant” 2:1 hesablı qələbə qazanıb.
- Azərbaycanda son 10 mövsümün rekordu
- Penalti üçün daha nə lazımdır?: "Neftçi"dən növbəti etiraz - VİDEO
- "İmişli" FK - Məqsədi, məramı, mənası olmayan klub, işbilməzlər
- "Kəpəz" üçün əlamətdar göstərici: 1000-ci rəsmi oyun
- Azərbaycan ilə Litva arasında antidopinq sahəsində əməkdaşlıq genişləndirilir - FOTO