“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev UEFA-nın diqqət mərkəzinə düşüb.
Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu qolkiperin Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la matçdakı seyvini fərqləndirib.
Turnirdə III turun ən yaxşı qurtarışları ilə bağlı tvitterdə paylaşım edən UEFA “Dörd əla seyv. Sevdiyiniz?” başlığı altında 4 qapıçının mükəmməl seyvini azarkeşlərə təqdim edib.
Şahruddinin “Olimpiakos”la görüşün əvvəllərində rəqibin cərimə zərbəsinə göstərdiyi reaksiya da fərqlənənlər sırasında olub. Onunla yanaşı, “Omoniya”nın qapıçısı Fabianonun “Mançester Yunayted”lə, AEK-in qolkiperi Kenan Piriçin “Fənərbaxça” ilə, “Betis”li Klaudio Bravonun isə “Roma” ilə görüşdəki qurtarışı da ən yaxşılardan biri kimi təqdim olunub.
Qeyd edək ki, Yunanıstanda “Olimpiakos”u 3:0 hesabı ilə məğlub edən “Qarabağ” 6 xalla qrupda ikinci pillədə qərarlaşıb.
- Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırılıb - Rəsmi
- "Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
- Samir Abasov dörd oyunluq cəza alıb
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib