Ulu Öndərin xatirəsinə həsr olunan beynəlxalq turnirin qalibi bəlli olub - FOTO
03.09.2025 - 17:48
Bakıda keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq həndbol turnirinə yekun vurulub.
Apasport.az xəbər verir ki, "AHF Arena"da təşkil olunan final matçında Qazaxıstan millisi ilə Özbəkistanın OKMK komandası üz-üzə gəlib.
Start fitindən üstünlüyə yiyələnən Özbəkistan təmsilçisi ilk hissəni 16:12 hesabı ilə irəlidə başa vurub. Fasilədən sonra Qazaxıstan həndbolcuları bir qədər fəallaşıblar, lakin onlar yekunda uğur qazana bilməyiblər. 29:28 hesabı ilə qələbə qazanan OKMK turnirin qalibi olub.
- Azərbaycan Kuboku: “Difai” “Sumqayıt” səfərində - YENİLƏNİR
- Abubakar: "Sergen Yalçın bacarırsa, indi də komandanı çempion etsin"
- "Araz-Naxçıvan" "Kəpəz"lə münasibətlərə aydınlıq gətirəcək - YENİLƏNİR
- Günün oyunları bu kanallarda
- "Araz-Naxçıvan" "Benfika" ilə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib
0
0