Utziq "Zirə"dən, "Zirə" Utziqdən razıdır: Yeni müqavilə
26.09.2024 - 18:25
Utziq "Zirə"dən, "Zirə" Utziqdən razıdır: Yeni müqavilə

Misli Premyer Liqası təmsilçilərindən “Zirə” aparıcı futbolçusu Rafael Utziqi buraxmaq fikrində deyil.

Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi 28 yaşlı forvardla müqavilə müddətini 1 illik artıracaq.

“Zirə” bu ilin yanvarında heyətinə qatdığı forvardına bir illik müqavilə təklifi edib və tərəflər arasında razılıq olub.

“Zirə”yə gələndə, 1,5+1 illik müqaviləyə qol çəkən Utziq, komandadakı halından razıdır. 

Həm klub, həm də Utziq həmin bir illik şərti müqavilənin aktivləşməsinə qarşı olmayıb.

Belə ki, müqaviləyə əsasən braziliyalı futbolçu 2026-cı il iyunun 30-na qədər “Zirə”yə məxsus olacaq.

Qeyd edək ki, Utziq Zirə"yə qədər "Parana", "Sianorte", "Qəbələ", "Çunqam Asan" klublarında çıxış edib.

0