Vahabzadədən məğlubiyyət şərhi
27.08.2022 - 20:00
Vahabzadədən məğlubiyyət şərhi

“Birinci hissəni yaxşı başladıq. Hesabda irəli çıxdıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə deyib.

Misli Premyer Liqasının IV turunun “Səbail”lə görüşündən sonra “CBC Sport”a açıqlama verən mütəxəssis oyun (1:4) barədə fikirlərini bildirib: “İki fərqli hissə gördük. Öz səhvlərimzidən qollar buraxdıq. Qırmızı vərəqələr də təsirini göstərdi. Futbolçular pis təsir bağışlamır. Oyunda nə isə çatmır. Futbolçumuz ötürmə verəndə hakim kimləsə danışır. Bunlar futbolda olan şeylərdir”.
 

0