Vasili Berezutski: “Sadəcə demək istəyirdim ki…”
03.05.2025 - 22:01
Vasili Berezutski: “Sadəcə demək istəyirdim ki…”

Misli Premyer Liqasının XXXIII turunun "Araz-Naxçıvan" - "Sabah" matçından (1:1) sonra qonaqların baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

“Birinci hissədə bərabər səviyyəli oyun keçdi. Amma ikinci yarıda üstünlük bizim tərəfimizdə idi. Rəqibə daha çox təzyiq edirdik. Qollar vurmaq üçün şanslarımız oldu. Əfsuslar olsun ki, yenə heç-heçə etdik".

- Hakimə ilk etirazınızda sarı vərəqə gördünüz. Bunu necə şərh edərdiniz?
- Əlbəttə ki, sarı vərəqələr də oyunun bir hissəsidir. Yəqin ki, aqressiv şəkildə qışqırmışam. Amma elə deyildi. Sadəcə demək istəyirdim ki, epizodda qayda pozuntusu yox idi.