“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Serbiyanın “Radniçki Niş” klubu ilə keçirilən yoxlama oyununu şərh edib.
Apasport.az xəbər verir ki, ukraynalı mütəxəssis 3:0 hesablı qələbədən sonra komandasının çıxışından razı qaldığını bildirib.
“Sınaq matçlarında əsas məsələ futbolçuları yoxlamaq və taktiki gedişlər üzərində işləməkdir. Nəticə bir nömrəli vəzifə deyil, amma istənilən halda qələbə qazanmaq xoşdur. Futbolçularımı təbrik edirəm. Yaxşı oyun keçirdik.
Həm birinci, həm də ikinci hissədə meydana çıxan futbolçular əllərindən gələni etdilər. Bəzi oyunçuları fərqli mövqelərdə də yoxladıq. Yolumuza davam edirik. Artıq hazırlığın son mərhələsindəyik.
Qarşıda daha bir oyunumuz var. Ondan sonra Bakıya qayıdacağıq. Bir-iki günlük istirahətdən sonra Konfrans Liqası matçına hazırlaşacağıq. Komandanın vəziyyəti həm fiziki, həm də mental cəhətdən yaxşıdır”, - deyə Vernidub bildirib.
Qeyd edək ki, “Neftçi” yoxlama oyununda “Radniçki Niş”i 3:0 hesabı ilə məğlub edib.