"Vest Hem" Füllkruq transferini tamamlayıb
05.08.2024 - 21:24
"Vest Hem" Almaniya millisinin hücumçu Niklas Füllkruqun transferini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, "çəkicdöyənlər" 31 yaşlı forvardla 4 illik müqavilə imzalayıb.
Bu transfer ingilislərə 26 milyon avroya başa gəlib.
Qeyd edək ki, ötən mövsüm "Borussiya Dortmund" forması geyinən Füllkruq meydana çıxdığı 46 oyunda 16 qola imza atıb.
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi
0
0