Vladimir İviç: “Hələlik pik formamızda deyilik”
21.07.2022 - 22:18
Vladimir İviç: “Hələlik pik formamızda deyilik”

“Fantastik futbol oynamadıq. Qələbə qazanmalı idik".

Apasport.az saytının məlumatına görə, bunu Təl-Əviv “Makkabi”sinin baş məşqçisi Vladimir İviç deyib.

Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” ilə ilk oyunundan sonra keçirilən mətbuat konfransında çıxış edən mütəxəssis komandasının 3:0 hesablı səfər qələbəsinə şərh verib: “Bunu da bacardıq. Hələlik pik formamızda deyilik”.

45 yaşlı mütəxəssis “Zirə”nin ötən mövsümdəki ilə müqayisə edib: "Ötən mövsüm oyunlarına baxdığım "Zirə" daha yaxşı idi. Məsələn, "Qarabağ"a qarşı daha yaxşı oynamışdılar. Bəlkə də bu ilk rəsmi matç keçirmələrindən irəli gəlir. Əminəm ki, "Zirə" getdikcə oyununu daha da qaydasına salacaq. Cavab matçı bir növ duelin ikinci hissəsi olacaq".

0