“Zirə” ötən mövsüm çempionatda üçüncü yeri tutub. Hiss olunur ki, təşkilatlanmış komandadır”.
Apasport.az saytının məlumatına görə, bunu İsrail klubu “Makkabi”nin (Təl-Əviv) baş məşqçisi Vladimir İviç Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə keçiriləcək ilk oyun barədə danışarkən deyib.
Serbiyalı mütəxəssis sabah “Dalğa Arena”da baş tutacaq qarşılaşma öncəsi mətbuat konfransında fikirlərini bölüşüb: “Rəqibi yaxşı təhlil etmişik. Rəqibin baş məşqçisinin bizim oyunu izləmək üçün İsrailə gəlməsindən xəbərim yox idi. Bunun onlar üçün üstünlük olub-olmaması əldə etdikləri məlumatlardan necə yararlanmalarından asılı olacaq. Biz də “Zirə”ni təhlil etmişik. Ötən mövsüm bu komanda ikinci yerdən cəmi 3 xal geridə qalıb. Həmçinin kubokun finalında oynayıb”.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ