Vojislav Stankoviç: "Bura niyə gəldiyimizi yaxşı bilirik"
20.07.2022 - 21:01
Vojislav Stankoviç: "Bura niyə gəldiyimizi yaxşı bilirik"

“Oyuna çox yaxşı hazırlaşmışıq".

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Vojislav Stankoviç Konfrans Liqasının II təsnifat mərhələsində Kipr klubu “Aris”lə keçiriləcək səfər oyunu öncəsi mətbuat konfransında deyib.

35 yaşlı serbiyalı müdafiəçi fikrini bu sözlərlə davam etdirib: “Rəqibi yaxşı analiz etmişik. Bura niyə gəldiyimizi yaxşı bilirik. Ağır təlim-məşq toplanışı keçmişik. Bakıya sərfəli nəticə ilə dönəcəyimizə inanıram".

Stankoviç ötən mövsümlə müqayisədə müdafiə xəttinin daha etibarlı olacağına inandığını vurğulayıb: "Ötən mövsüm müəyyən çətinliklər yaşayırdıq. Bu, təkcə müdafiə xətti ilə bağlı deyildi. Ümumi kompakt səhvlər olurdu. Amma komandaya oyunçular gəlib. Çalışacağıq ki, bu mövsümdən daha az qol buraxaq".

0