
“Azərbaycan yığmasını güclü komanda kimi tanıyırıq”.
Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan yığmasının futbolçusu Yan Voroqovski deyib.
O, Millətlər Liqasının sabah keçiriləcək Azərbaycan – Qazaxıstan matçına həsr olunan mətbuat konfransında iştirak edib. Müdafiəçi VI turun görüşü barədə fikirlərini bildirib: “Bilirik ki, ölkənizdə "Qarabağ" kimi güclü klub var. İstərdik ki, bizə də hörmət etsinlər. Sabah yüz faizlik nəticə əldə edəcəyik. Hansı taktiki ilə oynamışıqsa, yenə də eynisini tətbiq edəcəyik. Rəqib son 2 oyunda qələbə qazanıb. Slovakiyadakı nəticə bizim üçün sürpriz olmadı. Bu münasibətlə Azərbaycanı təbrik edirik".
Qeyd edək ki, Azərbaycan – Qazaxıstan matçı saat 20:00-da başlayacaq.
- APOEL qiymət yüksəltdi - "Qarabağ" transferdən imtina etdi
- "Traktor"un oyunları bu kanalda yayımlanacaq
- "Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
- Elçin Məsiyev: "UEFA Hakimlər Komitəsini təəccübləndirdik"
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO